Yanvar ayının 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Yanvar ayının 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Dünənin yol qəzaları - 3 nəfər xəsarət alıb

Yanvar ayının 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-
sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.