Ucarda 28 yaşlı gəncin intiharının səbəbləri məlum olub. Ucarda 28 yaşlı gəncin intiharının səbəbləri məlum olub.

Gənc oğlanın intihar təfərrüatı: “Zəng edib deyiblər ki…”

Ucarda 28 yaşlı gəncin intiharının səbəbləri məlum olub.

Rayonun Qaracallı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, intihar edən Qafil Nəbiyev bir il əvvəl ağır avtomobil qəzası keçiribmiş:

“Həmin qəzada Qafil başından zədə almışdı. Müalicə olunmağına baxmayaraq, beynində prpblemlər qalmışdı. Özünü idarə edə bilmirdi, hərəkətləri tamam dəyişmişdi. Bunu özünə dərd edirdi. İndi də yəqin sağalmayacağını hiss edərək özünü asıb. Ailəli idi, bir oğlu, bir qızı qaldı. Rusiyada işləyən atasına zəng edib deyiblər ki, “oğlun ölüb, durma gəl”. Hazırda onu gözləyirlər, gələn kimi dəfn edəcəklər”.

Qeyd edək ki, Ucarda intihar hadisəsi baş verib. Rayonun Qaracallı kənd sakini Qafil Əlimərdan oğlu Nəbiyev yaşadığı evdə özünü asaraq intihar edib.

Bahar RÜSTƏMLİ
AzNews.az