Səudiyyə Ərəbistanında dəvələrin “gözəllik” müsabiqəsində inanılmaz hadisənin üstü açılıb. Səudiyyə Ərəbistanında dəvələrin “gözəllik” müsabiqəsində inanılmaz hadisənin üstü açılıb.

Ərəblər dəvələrinə botoks etdiribmiş

Səudiyyə Ərəbistanında dəvələrin “gözəllik” müsabiqəsində inanılmaz hadisənin üstü açılıb.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, müsabiqədə 12 dəvədə botoks aşkarlanıb. Həmin dəvələr yarışdan kənarlaşdırılıb.

Məlumata görə, Səudiyyə Ərəbistanında bu il keçirilən “əl-Məzayin” dəvə gözəllik müsabiqəsində iştirak edən təxminən 12 dəvə təşkilat komitəsi tərəfindən yarışmadan uzaqlaşdırılıb. Buna səbəb dəvələrin sahibləri tərəfindən botoksdan istifadə edilməklə “gözəlləşdirilməsi” və “daha cazibədar” edilməsi olub.

Qeyd edək ki, hər il keçirilən bu tədbir çərçivəsində dəvələrin “gözəllikləri”inin nümayişi ilə yanaşı, qaçış yarışları da təşkil edilir.