“O, YAP-dan dəstək gözləmir və Əvəz Zeynallının məhkəməsinə getməyəcək” “O, YAP-dan dəstək gözləmir və Əvəz Zeynallının məhkəməsinə getməyəcək”

Gülər Əhmədova Əvəz Zeynallının üzünə durmaqdan imtina etdi

“O, YAP-dan dəstək gözləmir və Əvəz Zeynallının məhkəməsinə getməyəcək”



Həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi Turan agentliyinə müsahibəsində G.Əhmədovanın səhhətinin pisləşdiyini və onun istintaqdan narazı olduğunu bildirib.

"O, YAP-dan dəstək gözləmir və Əvəz Zeynallının məhkəməsinə getməyəcək", - vəkil qeyd edib.

Səhhəti ilə bağlı sualın cavabında vəkil deyib ki, G.Əhmədovanın limfaları şişib, lakin istintaq buna reaksiya vermir. İstintaqın gedişi barədə sualın cavabında vəkil bildirib ki, G.Əhmədova istintaqın gedişindən razı deyil, çünki hər şey videomateriallara əsaslanıb.

"O nə istintaqdır? İstintaq həqiqi sənədlərin, əsllərin üzərində qurulmalıdır. Amma bu, neçə dəfə montaj olunmuş lentlərdir", - vəkil vurğulayıb.

İstintaq Elşad Abdullayevi Azərbaycana gətirib Gülər Əhmədova ilə üzləşdirməlidir. Bu günə kimi aparılan işləri istintaq kimi qiymətləndirmək olmaz.

E.Qədimi F.Əhmədovaya qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 307-ci (cinayət barədə xəbər verməmə) maddələrindən başqa yeni ittihamların irəli sürülə biləcəyini istisna etməyib.

O qeyd edib ki, hələlik G.Əhmədovanın özü dindirilmir. İstintaq toplanmış materialları yoxlayır. O, KİV-i G.Əhmədovanın əmlakı, təcridxana rəhbərliyi ilə münaqişəsi barədə əsassız məlumatlar yaymaqda ittiham edib.

Hakim YAP tərəfindən dəstəklə bağlı suala cavab olaraq vəkil deyib ki, partiya onu öz sıralarından çıxarıb: "Hansı dəstəkdən danışmaq olar?"

"G.Əhmədova onun şikayəti əsasında həbs olunmuş jurnalist Əvəz Zeynallının işi üzrə məhkəmədə çıxış edəcəkmi" sualına vəkil mənfi cavab verib: "Onun məhkəməyə gedib ona qarşı ifadə vermək niyyəti yoxdur"

AzNews.az