21:42
(077) 610-22-33

Zəlimxan Yaquba aprelə kimi vaxt veriblər

  • >
335 5 Mart 2013 14:39 | Cəmiyyət

Xalq şairi ağır əməliyyata gedir



Xalq şairi Zəlimxan Yaquba böyrək köçürülmə əməliyyatı aprel ayında baş tutacaq. Bunu AzNews.az-a Zəlimxan Yaqubun özü dedi.

Onun sözlərinə görə, xeyli vaxtdır ki, səhhətində yaranmış problemlə əlaqədar həkim nəzarəti altındadır:

"Allaha şükür, indi bir az yaxşıyam. Amma buna baxmayaraq, həkim nəzarətindəyəm. Mənə aprel ayına kimi vaxt veriblər. Həmin vaxt Almaniyaya getməliyəm və yenidən müayinə olunmalıyam. Həkimlər həmin vaxt nə məsləhət görsələr, yəqin ki, onu da üzərimdə həyata keçirəcəklər. Vəziyyətimin bu çağında da bir an da olsa Aşıqlar Birliyini tək qoymuram. Gedirəm, tədbirlərə qatılıram, bir sözlə, Azərbaycan aşıq sənətinin inkişafı naminə nə lazımdırsa əsirgəmirəm".

Bahar Rüstəmli
AzNews.az

Bağla X