Səfər Əbiyev və Xanlar Vəliyevdən cavab istədilər

Bir qrup jurnalist və hüquq müdafiəçisi müdafiə naziri Səfər Əbiyevə, hərbi prokuror Xanlar Vəliyevə əsgər ölümləri ilə bağlı informasiya sorğusu göndərib.

"Turan"ın məlumatına görə, sorğuda bu suallar yer alır:

- Əsgər Ceyhun Qubadovun hansı şəraitdə və hansı səbəblərdən dünyasını dəyişməsi müəyyən edilibmi?

- Ceyhun Qubadovun işi ilə bağlı hazırda neçə nəfər məsuliyyətə cəlb edilib və onların vəzifələri nədir?

- Ceyhun Qubadovun işi ilə bağlı istintaq hansı mərhələdədir?

- Ceyhun Qubadovun, o cümlədən qeyri-döyüş şəraitində əsgərlərin həlak olmasının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər, yaxud addımlar planlaşdırılıb?

- Müdafiə Nazirliyinin rəhbərliyindən kimsə, yaxud kimlərsə bu ölüm faktlarına görə cəzalandırılıbmı?

Müraciəti hüquq müdafiəçisi Rəsul Cəfərov, jurnalistlər Mehman Əliyev, Samir Kazımlı, Natiq Cavadlı, Nicat Məlikov, Seymur Kazımov imzalayıblar.