00:10
(077) 610-22-33

Gülər Əhmədovayla rəsmi məzələnmə

  • >
403 5 Mart 2013 17:35 | Cəmiyyət

Ədliyyə Nazirliyinin nümayəndəsi sabiq millət vəkilinə İbn Sinada misal çəkdi



Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanovun Elitar.Az saytına verdiyi məlumata görə sabiq millət vəkili Gülər Əhmədovanın səhhətində ciddi problem yoxdur:

"Gülər Əhmədovanın səhhəti stabildir. Onun stasionar müalicəyə ehtiyacı yoxdur. Linfa düyünlərinin şişməsi kimi hal çox adamda olur. Bu sanki səhər yuxudan duranda bir insanın başını ağrıması kimi bir əlamətdir və qısa zamanda keçir. İbn Sinadan səhər duranda soruşurlar ki, necəsən? O da deyir ki, şükür Allaha, ağrıyıram. Yəni hər bir insanda xirda ağrılar kimi hallar olur. Gülər Əhmədovanın da səhhəti ilə bağlı diqqət cəlb edən ciddi bir narahatçılığı yoxdur".

İftixar Qurbanov bildirdi ki, Gülər Əhmədova hər gün həkim nəzarətindədir.

Qeyd edək ki, bu gün Gülər Əhmədovanın vəkili açıqlamasında onun səhhətinin yaxşı olmadığını bildirmişdi: "Gülər xanımın limfa düyünləri şişib. Vəziyyəti o qədər də yaxşı deyil".
Bağla X