21:40
(077) 610-22-33

Azərbaycanda 400-ə yaxın aptek bağlandı

  • >
260 6 Mart 2013 10:03 | Cəmiyyət

Son 10 ildə 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.



Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, respublikada fəaliyyət göstərən apteklərə baxış nəticəsində qanunsuz fəaliyyət göstərən və müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. İstifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkarlanaraq müsadirə edilib.

2011-ci ilin yanvar ayından tibb işçilərinin sertifikasiyasına başlanılıb. Bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçib.

AzNews.az
Bağla X