06:03
(077) 610-22-33

İran səfiri özünə ümid verdi

  • >
351 6 Mart 2013 15:00 | Cəmiyyət

“Azərbaycan-İsrail əlaqələri strateji deyil”



İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan-İsrail əlaqələri, habelə bu münasibətlərin İran-Azərbaycan əlaqələrinə təsiri barədə danışıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, səfir bildirib ki, Azərbaycan-İsrail əlaqələri strateji deyil: "Əslində heç bir müsəlman ölkəsi İsraillə strateji əlaqələrə malik ola bilməz. İsrail müsəlman torpaqlarını, o cümlədən Fələstin ərazisini, həmçinin Suriya və Livanın bəzi hissələrini işğal edib və İslam dünyasına birinci dərəcəli təhdiddir".

İranla Azərbaycan arasındakı əlaqələrin həmişəkindən yaxşı olduğunu deyən Möhsün Pak Ayin vurğulayıb ki, Tehran-Bakı əməkdaşlığının genişləndirilməsi ilə paralel olaraq İsrail mətbuatı rəsmi Tel-Əvivlə Bakı arasındakı əlaqələri şişirdərək İran-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyə çalışır: "İran və Azərbaycan qarşılıqlı etimad və dəstəklə dövlət və qardaşcasına əməkdaşlıqda yeni bir mərhələyə daxil olublar. Bu əlaqələr üçün isə aydın gələcəyi proqnozlaşdırmaq olar".

AzNews.az
Bağla X