06:10
(077) 610-22-33

“Rüstəm müəllim martın axırına kimi gəlməlidi, onunla danışacam”

  • >
728 6 Mart 2013 15:44 | Cəmiyyət

Rafiq Hüseynov: “Hələ təzə ofisə getməmişəm”



Kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının Hökumət Evindən çıxarılmasından və "İçərişəhər"ə daşınmasından aylar keçir. Bu müddət ərzində isə qurumdan istefa verənlər və kənara çəkilənlər oldu. Nə qədər qəribə də olsa bütün baş verən bu olaylarla bağlı qurumun yaradıcı heyətinin hər hansı reaksiyasına rast gəlmədik.

Kinematoqrafçılar İttifaqının katiblərdən biri, xalq artisti, tanınmış diktor Rafiq Hüseynov AzNews.az-a bunun səbəbini açıqlayıb: "Rüstəm müəllim martın axırına kimi gəlməlidir. Hələ təzə ofisə getməmişəm. Mən məsələləri Rüstəm müəllimlə həll edəcəm. Bu arada ittifaqı tərk edənlər də oldu, amma bu onların seçimidir. Kim istəyir çıxsın. Biz heç kimi məcbur edib saxlamırıq. Yəqin hesab edirlər ki, getdikləri yerdə onlar üçün daha yaxşı olacaq. Getsinlər... Bu məsələlər ətrafında danışmağın vaxtı deyil, hələ ki...".

Bahar Rüstəmli
AzNews.az

Bağla X