15:12
(077) 610-22-33

İntim videosu yayılan şagird qız məktəbdən çıxarılıb: “Hara aparıldığı bilinmir”

  • >
62 027 12 Fevral 11:18 | Cəmiyyət

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində intim münasibətinin videosu yayılan şagird qız məktəbdən çıxarılıb.

Bu barədə AzNews.az-a sözü gedən məktəbdən məlumat verilib. Məlumata görə, 7-ci sinif şagirdini valideynləri məktəbdən çıxararaq harasa aparıblar:

“O şagird daha bizdə oxumur. Onu valideynləri apardı. Hara aparmaları ilə bağlı məlumatımız yoxdur”.

Məktəbdən onu da əlavə ediblər ki, videoda görünən 7-ci sinif şagirdi ilə seksual hərəkətlər edən 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevlə heç bir qohumluğu yoxdur.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdi olan qız ilə 11-ci sinif şagirdi olan oğlan arasında intim münasibətin video-görüntüsü yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl mətbuatda yayılan xəbərlərdə 7-ci sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər edən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğu bildirilirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az

Top xəbərlər
Bağla X