Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib. Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

Cəfər Cabbarlının qızı dünyasını dəyişdi

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

APA-nın xəbərinə görə, Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.

AzNews.az