Çingiz Əliyev vəzifəsindən azad edilib

Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilib.

İlkin məlumatlara görə Çingiz Əliyevin vəzifədən azad edilməsi hərbi qulluqçularla bağlı Məhkəmə qətnamələrin icra edilməməsi ilə əlaqədardır.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, dəstəyi qaldıran olmadı. Qurumun rəsmi vebsəhifəsində göstərilən elektron ünvana (info@sspf.gov.az) məktub yazmışıq. Hələlik cavab yoxdur.

Araşdırmalarımız davam edir, bizi izləyin./MilAz/