Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub. Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Metroda qadın qatarın altına yıxılıb

Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Həzi Aslanov-Dərnəgül stansiyası istiqamətində hərəkət edən 35 saylı qatar “İnşaatçı”lar stansiyasın daxil olarkən qadın relslərin üzərinə yıxılıb. O, qatarın altından çıxarılıb, xəsarət almayıb. Hazırda qadının kimliyi müəyyənləşdirilir.

Hadisənin iştirakçısı 45 yaşlı epilepsiya xəstəliyi olan qadındır. O, sudurğa keçirərək yıxılıb. Qatar sürəti azaltsa da, qadının bir qədər üstünə çıxıb.

Xoşbəxtlikdən qadın relslərin arasındakı boşluğa düşdüyü üçün xəsarət almayıb.

Əraziyə çağırılan təcili tibbi yardım xidməti həkimləri tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərilib.