“Bu, yumurta bazarında fəaliyyət göstərən hansısa qurumun “Broyler” fabrikinə qarşı təxribatıdır”. “Bu, yumurta bazarında fəaliyyət göstərən hansısa qurumun “Broyler” fabrikinə qarşı təxribatıdır”.

Bakıda partlayan yumurta ilə bağlı açıqlama - “Araşdırdıq, məlum oldu ki...”

“Bu, yumurta bazarında fəaliyyət göstərən hansısa qurumun “Broyler” fabrikinə qarşı təxribatıdır”.

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov “Hacıqabul” quşçuluq firmasının möhürü olan yumurtanın partlayaraq plastmas maddəyə çevrilməsi ilə bağlı video-görüntüyə münasibət bildirərkən deyib. Ekspert, hadisəni quşun yediyi yem ilə əlaqələndirib:

“Azad İstehlakçılar Birliyinə yumurta gətiriblər. Yumurtanın sarısı rezin kimi əzilmiş olub. Araşdırma apardıq, məlum oldu ki, bu, süni yumurta deyil, sadəcə, quşa verilən yemin tərkibi ilə bağlıdır. Ümumiyyətlə, bu sahədə ciddi problemlər var, əhalidən bu barədə müraciətlər alırıq”.

Eyyub Hüseynov qeyd edib ki, bəziləri Azərbaycana süni yumurta gətirildiyini düşünür. Düzdür, dünyada süni yumurta istehsalı var, lakin ölkəmizə gətirilmir”.

Qeyd edək ki, Bakı sakinlərindən biri yerli yumurta adı ilə aldığı məhsulu istifadə edərkən qəribə hadisə ilə qarşılaşıb. “Hacıqabul” quşçuluq firmasının möhürü olan yumurtanı bişməyə qoyan zaman yumurta partlayıb və plastmas maddəyə çevrilib.

Bahar RÜSTƏMLİ
AzNews.az