Bu gün səhər Moskvada dəhşətli faciə baş verib. Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb. Bu gün səhər Moskvada dəhşətli faciə baş verib. Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb.

Moskvada bağçada 4 yaşlı Zəhra donaraq ölüb - Video

Bu gün səhər Moskvada dəhşətli faciə baş verib. Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, səhər saat 9-da tərbiyəçi qadın uşaqları gəzintiyə çıxarıb, lakin az sonra hamı geri qayıdıb. Təxminən 2 saat sonra tərbiyəçi anlayıb ki, uşaqlardan biri yerində deyil. O, dayə ilə birlikdə bağçanın ətrafını nəzərdən keçirən vaxt 3 yaşlı Zəhranın qarın üstündə donmuş meyitini tapıb.

Hadisə yerinə gəlmiş təcili yardım həkimləri uşağın öldüyünü bildiriblər.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsində cinayət işi başlanıb.

“Moskovskiy komsomolets” hüquq-mühafizə orqanlarındakı mənbələrdən dəqiqləşdirib ki, Moskvadakı uşaq bağçasında müəmmalı şəraitdə ölən 3 yaşlı azərbaycanlı qızın donvurmadan ölməsi barədə ilkin ehtimal təsdiqini tapmır. Çünki uşağın bədənində onun soyuqdan donduğunu göstərən əlamətlər yoxdur. Habelə zorakılıq əlamətlərinə rast gəlinməyib.

Tərbiyəçi 3 yaşlı Zəhranın da olduğu qrupu saat 10.30-da oyun meydançasına gəzintiyə çıxarıb. 11.30-da uşaqları cərgəyə düzüb bağçaya geri qaytaranda Yuliya adlı tərbiyəçi qrupdan bir uşağın çatışmadığını görüb. Oyun meydançasına geri dönən tərbiyəçi ətrafı axtarıb və qar yığınının üstündə Zəhranın meyitinə rast gəlib.

Tərbiyəçi uşağı qucağına götürüb və tez içəri qaçıb. Ona süni tənəffüs verməyə çalışıblar və təcili yardım çağırıblar, lakin artıq gec idi.

Hadisə yerinə gələn tibb işçiləri müstəntiqlərə deyiblər ki, onlar bağçanın ikinci mərtəbəsinə qalxıblar. Uşağın qış geyimində-qalın sviterdə, şalvarda və isti kalqotkada olduğunu görüblər. Uşağın yanında onun qalın qış kurtkası olub. Lakin həkimlər deyiblər ki, uşaq artıq keçinmişdi və bədəni soyuq idi. Onlar ehtimal edir ki, uşağın hansısa gizli xəstəliyi olub və qəfildən halı pisləşib.