Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli fevralın 16-da dünyasını dəyişib. Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli fevralın 16-da dünyasını dəyişib.

Məşhur aktyor vəfat etdi

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli fevralın 16-da dünyasını dəyişib.

AzNews.az saytı Xeberle.com-a istinadən xəbər verir ki, 66 yaşlı Ş.Qəribli müalicə aldığı xəstəxanada gözlərini əbədi yumub.

Qeyd edəki, mərhum doğulduğu Kürdəmir rayonunda dəfn edilib.

Şahmar Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Allah rəhmət eləsin...