23:39
(077) 610-22-33

TQDK-dan Təhsil Nazirliyinə növbəti “dərslik zərbəsi”

  • >
364 7 Mart 2013 11:56 | Cəmiyyət

Xocalı soyrımının şəkillərinin dərsliklərdən çıxarılması təklif edildi



Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 5-ci siniflər üçün "Azərbaycan tarixi" dərsliyinin müzakirəsi keçirilib. Müəllimlər, dərslik müəllifləri, TQDK-nın regional bölmələrinin nümayəndələrinin iştirak etdiyi müzakirələrdə dərsliklə bağlı iradlar səsləndirilib. Xüsusən dərsliyinin dilinin çətin olması, cümlələrin uzunluğu səbəbindən qavranılmasının müşküllüyü, Azərbaycanın sovet işğalından sonrakı mübarizə tarixi barədə məlumatların verilməməsi kimi fikirlər vurğulanıb.

Müəllimlərin əsas narahatlığı isə dərslikdə Xocalı soyqırımını əks etdirən şəkillər olub. Bəzi çıxışçılar Xocalı soyqırımını əks etdirən fotoşəkillərin uşaqların psixologiyasına mənfi təsirindən danışaraq onların qəddarlığa alışdırıldığını bildiriblər. Çıxışlarda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı uşaqlara tanıtdırmağın vacib olduğu, ancaq bu zaman seçilən vasitələrə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Dərslik müəllifləri isə bu fikirlə razılaşmayaraq, şəkillərin soyqırım faktını təsdiqlədiyini bildiriblər.


Elnur Əzimov
AzNews.az


Bağla X