Azərbaycanda çağırışçılarla bağlı dəyişiklik gözlənilir

Azərbaycanda gələcək hərbi çağırışçıların ilkin hərbi qeydiyyata alınma yaşının azaldılması gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər edilə bilər.

Layihəyə əsasən həqiqi hərbi çağırış yaşına qədər vətəndaşların ilkin hərbi qeydiyyata alınma yaşı 16 yaşdan 15 yaşa endirilməsi təklif olunur. Buna səbəb olaraq gələcək hərbi çağırışçıların hərbi psixoloji hazırlığına, tibbi sağlamlığına və sair bu kimi vacib amillərə daha erkən yaşdan nəzarət etməkdir. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Xatırladaq ki, qanunda eyni zamanda hərbi çağırış yaşına qədər çağırışçıların ildə bir dəfə tibbi müayinədən keçməsi ilə bağlı dəyişikliklər də nəzərdə tutulub. Mövcud qanunvericiliyə görə hərbi çağırışçılar çağırış yaşına qədər iki dəfə hərbi qeydiyyata alınır, 16 yaşda və hərbi xidmətə çağırılmasına 1 ay qalmış tibbi müayinədən keçirilir.

AzNews.az