Rusiyanın “Metrovaqonmaş” ASC və “Bakı Metropoliteni” QSC yeni qatarların alışı üçün müqavilə imzalayıb. Rusiyanın “Metrovaqonmaş” ASC və “Bakı Metropoliteni” QSC yeni qatarların alışı üçün müqavilə imzalayıb.

Bu yay Bakı metrosu sərin olacaq - Kondisionerli qatarlar gəlir

Rusiyanın “Metrovaqonmaş” ASC və “Bakı Metropoliteni” QSC yeni qatarların alışı üçün müqavilə imzalayıb.

Trend-in məlumatına görə, müqaviləyə əsasən Rusiya şirkəti Azərbaycana iki beşvaqonlu qatar tədarük edəcək.

Vaqonların xidmət müddəti 31 il təşkil edir. Müqaviləni “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.

Yeni vaqonların ilk hissəsinin Bakıya göndərilməsi bu ilin martında nəzərdə tutulub. Müqavilənin icrasının 2018-ci il ərzində başa çatması gözlənilir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən yeni qatarların alınması faktını təsdiqləyiblər.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Trend-ə bildirib ki, QSC "Metrovaqonmaş"la müqavilə imzalayıb:

"İki yeni qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Hər biri 5 vaqondan ibarət qatarlar 4-cü nəsil texnologiyalıdır. Bu qatarlar sonuncu dəfə aldığımız qatarlardan bir neçə üstünlüyü ilə fərqlənir, kondisioner sistemi ilə də təchiz olunub. Qatarların 2018-ci ildə Bakıya gətirilməsi planlaşdırılır".

AzNews.az