Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçirəcək.

Rezidenturaya sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçirəcək.

DİM-dən AzNews.az-a bildirilib ki, məqsəd rezidenturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək etməkdir. Sınaq imtahanında iştirak etmək istəyənlər martın 3-ü saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı martın 3-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə keçiriləcək. Birinci növbə imtahanı saat 10:00-da, ikinci növbə imtahanı isə saat 14:00-da başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.