Nizami rayonunda sürücünün sərxoşluğu onun polisə yalan məlumat verməsi ilə nəticələnib. Nizami rayonunda sürücünün sərxoşluğu onun polisə yalan məlumat verməsi ilə nəticələnib.

Bakıda sərxoş sürücünün macərası

Nizami rayonunda sürücünün sərxoşluğu onun polisə yalan məlumat verməsi ilə nəticələnib.

”Ölkə.Az”ın xəbərinə görə, Q.Qarayev prospekti 51-də yaşayan Cavanşir Süleymanov DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat verib. Dərhal polis əməkdaşları C.Süleymanovun “Mersedes” markalı avtomobilinin axtarışlarına başlayıblar. Çox keçmədən “Mersedes” markalı avtomobil C.Məmmədovun yaşadığı binanın yaxınlığından tapılıb. Məlum olub ki, C.Məmmədov avtomobili sərxoş vəziyyətdə idarə edib və maşını saxlayaraq evə gedib. Ancaq sərxoş olduğundan elə zənn edib ki, avtomobili qaçırılıb.

Faktla bağlı sürücü barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

AzNews.az