Marşrut avtobusunda qadının mobil telefonu oğurlanıb. Marşrut avtobusunda qadının mobil telefonu oğurlanıb.

Avtobusda qadının telefonu oğurlandı

Marşrut avtobusunda qadının mobil telefonu oğurlanıb.

"Ölkə.Az"ın əldə etdiyi xəbərə əsasən, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Nailə Salamova adlı qadın 198 saylı marşrut avtobusundan düşdükdən sonra telefonunun cibində olmadığını görüb. N.Salamova dərhal ərazi üzrə 15-ci Polis Bölməsinə ərizə ilə müraciəAt edərək başına gələnləri polislərə bildirib. Hazırda qadının telefonunun tapılması istiqamətində təhqiqat araşdırmalarına başlanılıb.

AzNews.az