05:54
(077) 610-22-33

Həyat yoldaşı: “Toyumuzdan qabaq da Gülərdə zob var idi“

  • >
364 7 Mart 2013 13:06 | Cəmiyyət

"Əvəz Zeynallı yalan danışır. Əvəz həkim deyil ki, Gülər Əhmədovanın səhhətinin necə olduğunu bilsin.Yaxud da, Gülər Əhmədovanı həkim yoxlamasından keçirməyib ki, sağlamlığı ilə bağlı hər hansı fikir bildirsin. Mənim bildiyim qədər Əvəz təcridxanada Güləri görə də bilməz".

Bu sözləri Mövqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bildirib. Onun sözlərinə görə, Gülər Əhmədova ürəyindəki ağrılarla bağlı bir neçə dəfə həkimə müraciət edib: "Biz ailə qurmazdan öncə Gülər Əhmədovanın qalxanabənzər vəzi, yəni zobu vardı. Buna görə müalicə götürürdü. Eləcə də, Gülər təyziq, şəkər xəstəliklərindən əziyyət çəkir. Baş verən son hadisələrdən sonra onun təyziqi tez-tez yüksəlir, şəkəri qalxırdı. Həmçinin Gülər Əhmədovanın beyninə gedən damarların birində kirəclənmə var ki, bu da onda kəskin baş ağrılarının yaranmasına səbəb olur. Vəkil bunu mətbuata açıqlamasında beyinin quruması kimi demişdi. Bu isə vəkilin rus dilli olmasından irəli gəlirdi. Əslində beyin quruması yox, Gülərin beyninə gedən damarlardan birinin kirəcləşməsindən söhbət gedirdi ki, həkimlər bu spazalara səbəb kimi bunu göstərmişdilər. Əvəzin dediyi kimi, vəkilinin Gülər Əhmədovanın sağlamlığı ilə bağı mətbuata verdiyi məlumatlarla biz nəyəsə nail olmaq istəmirik. Gülər Əhmədovanın sadaladıqlarım xəstəliklərinin olmasını təsdiqləyən həkim rəyləri var və biz o epikrizləri təcridxanada həkimlərə təhvil vermişik. Gülər Əhmədovanın baş verən son hadisələrdən sonra mini insult keçirdiyini də həkimlər təsdiqləyiblər. Əvəzin Gülərin sağlam olması ilə bağlı səsləndirdiyi fikrə cavab olaraq onu da söyləmək istəyirəm ki, Gülər Əhmədovanın səhhətindəki problem əsəb gərginliyi keçirərkən daha da şiddətlənir. Ola bilər ki, bir saat sağlamlığından elə də şikayəti olmasın, amma əsəb gərginliyi keçirdikdə dərhal təyziqi ilə şəkəri qalxır, başında, ürəyində şiddətli ağrılar başlayır".

Qeyd edək ki, Ə. Zeynallı məhkəmədə çıxışı zamanı bildirib ki, Gülər Əhmədovanın xəstə olması barədə mətbuatda yayılan məlumatlar doğru deyil: "Gülər Əhmədova top kimidir. Srağagün Gülər Əhmədovanı görmüşəm. Yağ-bal içində yaşayır".

AzNews.az
Bağla X