Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb. Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb.

Qar uçqununa görə bağlanan yol açılıb

Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, ötən gün axşam saat 18:00-dan etibarən həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi bərpa olunub.

Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınmışdı. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatırdı.

Qeyd edək ki, fevralın 18-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.