2016-cı ildə 732, 2017-ci ildə 714 dərmanlardan zəhərlənmə halları qeydə alınıb. 2016-cı ildə 732, 2017-ci ildə 714 dərmanlardan zəhərlənmə halları qeydə alınıb.

Zəhərlənməyə səbəb olan dərmanlar hansılardır?

2016-cı ildə 732, 2017-ci ildə 714 dərmanlardan zəhərlənmə halları qeydə alınıb.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın baş toksikoloqu, ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev bildirib.

Onun sözlərinə görə, ən kəskin zəhərlənmə yuxu gətirən və qıcolmaya qarşı olan preparatlar vasitəsilə olub.

Bu növ dərmanlardan zəhərlənmə preparatın keyfiyyətsiz olması ilə əlaqəli deyil. Sadəcə, vətəndaşlar dərman preparatlarını yüksək dozada və həkim məsləhəti olmadan istifadə edir.

Bu dərmanlar həm də intiharlar zamanı istifadə olunur. Baş ağrısını azaldan və antibiotik preparatlarından zəhərlənmə halları da çoxdur.

İsmayıl Əfəndiyev əlavə edib ki, ən çox zəhərlənmə uşaqlar arasında baş verir. Buna səbəb onların dərmanı nəzarətsiz qəbul etməsidir.

AzNews.az