Milli (MM) Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 20-də keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib. Milli (MM) Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 20-də keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Milli (MM) Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 20-də keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Oxu.Az-ın xəbərinə görə, layihədə qanunun 7.0.1-ci maddəsində “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilməsi təklif edilir.

Bununla da, “Dövlət qulluğu haqqında” qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

AzNews.az