Göygöldə itkin düşən iki ayın gəlinindən heç bir məlumat yoxdur. Göygöldə itkin düşən iki ayın gəlinindən heç bir məlumat yoxdur.

Evdən gedən iki aylıq gəlinin anası: “Son ümidim oradır...”

Göygöldə itkin düşən iki ayın gəlinindən heç bir məlumat yoxdur.

Bunu AzNews.az-a açıqlamasında rayonun Mollacəlilli kəndində evdən gedən iki aylıq gəlinin anası Gümanə Ağakişiyeva deyib. O, qeyd edib ki, fevralın 21-də qızının axtarışı ilə əlaqədar “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişindən dəstək istəyəcək:

“Qızım tapılmayıb. Bu saat polis şöbəsindən qayıdırıq. Sabah Bakıya gələcəyəm, “Xəzər” televiziyasında Xoşqədəm xanımın qonağı olacağam. Son ümidim oradır"

Qeyd edək ki, Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 8 gündür ki, axtarılır. Qaynatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Bundan sonra gəlindən bir xəbər tutmaq mümkün olmayıb.

Bu gün isə, itkin düşən Asiya Ağakişiyevanın tapıldığı, ailəsinə təhvil verildiyi barədə mətbuatda məlumatlar yayılıb. Lakin gəlinin anası saytımıza bu dəqiqələrdə verdiyi açıqlamada qızının tapılması xəbərini təkzib edib.

Bahar RÜSTƏMLİ
AzNews.az