18:26
(077) 610-22-33

Hüquq müdafiəçisi ölkədən getməsinə aydınlıq gətirdi

  • >
252 7 Mart 2013 13:33 | Cəmiyyət

Hüquq müdafiəçisi Ələkbər Məmmədov təzyiqlər üzündən bu günlərdə ölkəni tərk etməsini "Turan"a təsdiqləyib.

Hüquq müdafiəçisi hansı ölkəyə mühacirət etməsi haqda açıqlama verməyib. Son vaxtlar oğluna olan hücumlar, sosial şəbəkələr vasitəsilə əsgər ölümlərinə dair yaydığı fotoları yığışdırması tələbi ilə hədələrə məruz qaldığını bildirib. Nəsimi Rayon Məhkəməsində davam edən prosesdə həbsə alınması və həbsxanada zorakılıqlara məruz qalacağı haqda informasiyalar aldığını söyləyib. "Bütün bunlardan sonra ailəmin, özümün təhlükəsizliyim üçün ölkədən mühacirət etməyə məcbur oldum", - Ə.Məmmədov qeyd edib. Mühacirətdə ən azı övladlarının həyatına təhlükə olmayacağı, sərbəst hərəkət edə biləcəklərini nəzərə çatdırıb.

Hüquq müdafiəçisi mübarizəsini mühacirətdə də davam etdirəcəyini söyləyib.

AzNews.az
Bağla X