- Köhnə - Cəmiyyət
- 20 Fevral 2018 22:39
- 3 732
Azərbaycanda iki dərmanın satışı qadağan edildi
Həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə "Bioporoks" və "Sonofaks" kimi dərman vasitələrinin satışı qadağan edilib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.