Sabahdan 2018-2019-cu dərs ili üçün Bakı şəhərində birinci sinfə qəbulla bağlı elektron sənəd qəbulu başlayır. Sabahdan 2018-2019-cu dərs ili üçün Bakı şəhərində birinci sinfə qəbulla bağlı elektron sənəd qəbulu başlayır.

Sabahdan sənəd qəbulu başlayır - Diqqət!

Sabahdan 2018-2019-cu dərs ili üçün Bakı şəhərində birinci sinfə qəbulla bağlı elektron sənəd qəbulu başlayır.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri İlhamə Abdullayeva bildirib.

O vurğulayıb ki, 2018-2019-cu dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək: "Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə fevralın 22-dən (saat 10:00), Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir".