Bakıda təcili tibbi yardım stansiyasının həkimini bıçaqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakıda təcili tibbi yardım stansiyasının həkimini bıçaqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arvadına görə həkimi bıçaqlayan şəxsə 7 il cəza verildi

Bakıda təcili tibbi yardım stansiyasının həkimini bıçaqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Ölkə.Az”ın xəbərinə görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında baş verib.

Məlum olub ki, Avaz Hüseynovun həyat yoldaşı həmin “təcili yardım” stansiyasında xəstə baxıcısı işləyib. Hadisə baş verən günü Avaz Hüseynov həmin təcili yardım stansiyasına zəng edib və həyat yoldaşı ilə danışmaq istəyib.
Telefona cavab verən stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov ondan xətti məşğul etməməyi tələb edib. Buna əsəbləşən Avaz Hüseynov stansiyaya gəlib və Əflatun Yusifovu ürək nahiyyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Avaz Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsnin qərarı ilə onun şikayəti təmin edilməyib.

AzNews.az