Ağcabədi rayonunda avtomobil oğurluğu olub. Ağcabədi rayonunda avtomobil oğurluğu olub.

Qaçırılan avtomobil su kanalından tapıldı - Foto

Ağcabədi rayonunda avtomobil oğurluğu olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb.

O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.