21:42
(077) 610-22-33

Lətif Hüseynov yenidən sədr seçilib

  • >
395 7 Mart 2013 14:56 | Cəmiyyət

Bu həftə Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin yeni bürosu seçilib




Komitənin Azərbaycandan olan sədri Lətif Hüseynov yenidən bu quruma sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, komitəyə sədr və büro üzvlərinin seçkiləri hər iki ildən bir keçirilir. Lətif Hüseynov AŞ-nın İşgəncələrə qarşı Komitənin sədri vəzifəsinə 2011-ci ilin mart ayında seçilmişdi.

Xatırladaq ki, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.

AzNews.az
Bağla X