“Ağır vəziyyəti olan xəstəni bir rayondan o biri rayona aparmaq cinayətdir” “Ağır vəziyyəti olan xəstəni bir rayondan o biri rayona aparmaq cinayətdir”

Səhiyyə naziri: “Bu, bizim günahımızdır”

“Ağır vəziyyəti olan xəstəni bir rayondan o biri rayona aparmaq cinayətdir”




"Doğum evlərində çalışan mama-ginekoloqlar hamilə qadınların onların yanına sağlam gəlməsində maraqlı olmalıdır" Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Oqtay Şirəliyev bildirib. Nazirin sözlərinə görə, əgər qadında hansısa xəstəlik varsa, bu, antenatal dövrdə aşkarlanıb müalicə olunmalıdır ki, sonradan kritik vəziyyət yaranmasın.

Səhiyyə naziri antental xidmətlə yanaşı, hospitalizasiya sahəsindəki problemlərə də toxunub: "Yenə də xəstənin həkim müşayiəti olmadan, qohumlarının maşınında digər xəstəxanaya aparılması hallarına rast gəlinir. Nazirliyin əmrinə əsasən, xəstə xəstəxanadan çıxarılmamalıdır. Həkimlər internet vasitəsi ilə də xəstəni konsultasiya edə bilərlər. Ağır vəziyyəti olan xəstəni bir rayondan o biri rayona aparmaq cinayətdir".

O. Şirəliyevin sözlərinə görə, belə məsuliyyətsiz davranışların nəticəsidir ki, ötən il səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu cinayət işlərinin məhz 52-si doğum evləri, qadın məsləhətxanaları ilə bağlıdır. "Bəzi xəstəliklər var ki, onun dünyanın heç bir yerində müalicəsi yoxdur. Həmin hallar istisna olmaqla, hamilə qadınlar ölməməlidir. Əgər ölürsə, bu konkret olaraq bizim günahımızdır".

Nazir mama-ginekoloqlara da tapşırıq verib. O qeyd edib ki, kiminsə cəzalandırılması gənc insanın həyata qaytarmır: "Mama-ginekoloqlar insan həyatını riskə atmaq əvəzinə öhdəsindən gələ bilməyəcəkləri ağır doğuşlardan imtina etməlidirlər".

AzNews.az