Bu gündən 2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb. Bu gündən 2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.

Bakıda I sinfə qəbul başladı

Bu gündən 2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.

AzNews.az xəbər verir ki, Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə bu gün saat 10:00-dan, Gəncə və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda martın 12-dən start verilir.

Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər.