Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb. Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.

Bayıl sakinlərinə kirayə haqları verildi

Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.

Bu barədə Trend-ə sığınacaqda məskunlaşan sakinlər məlumat veriblər.

Məlumata görə, ailələr fevralın 21-də axşam saatlarında müvəqqəti yerləşdirildikləri Səbail rayonu 163 saylı orta məktəbdən çıxarılıb: "Dünən səhər saatlarında 67 ailəyə kirayə haqları verildi. Axşam saatlarında kirayə haqqı alan ailələr sığınacaqdan çıxarıldı".

Qeyd edək ki, fevralın 21-də Bayıl yamacında evləri təhlükəli vəziyytətə düşən 67 ailəyə kirayə haqları Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ödənilib.

Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az