- Köhnə - Cəmiyyət
- 22 Fevral 2018 18:19
- 2 288
Fəxri adlara görə aylıq təqaüd artırılıb
Azərbaycan prezidenti İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” 2005-ci il 4 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 manat, “Əməkdar” fəxri adı üçün 100 manat müəyyən edilib.