Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Gənc istedadlar üçün aylıq təqaüdün məbləği 100 manat artırılıb

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.