Rusiyanın “Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni “Jukovski” beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq. Rusiyanın “Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni “Jukovski” beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq.

Moskvanın yeni hava limanından Bakıya uçuşlar bərpa edilir

Rusiyanın “Pegas Fly” (İkar) aviaşirkəti martın 1-dən başlayaraq qış uçuş cədvəli çərçivəsində Moskvanın yeni “Jukovski” beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirməyə başlayacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, aviaşirkət reysləri martın 24-dək hər gün həyata keçirəcək.

Moskvadan uçuşlar yerli vaxtla saat 19:35-dən başlayacaq, Bakıya 23:30-da çatacaq. Əks istiqamətdə uçuşlar 06:15-də başlayacaq və Moskvaya saat 08:10-da çatacaq.

Qeyd edək ki, yay uçuş cədvəli çərçivəsində (iyulun 27-dən oktyabrın 29-dək) aviaşirkət həftədə 3 dəfə uçuşlar keçirirdi.

Xatırladaq ki, "Jukovski" hava limanı 2016-cı ilin mayında işə düşüb.