Bakıda naviqasiya sisteminin səhv təlimatı sürücünü ziyana salıb. Bakıda naviqasiya sisteminin səhv təlimatı sürücünü ziyana salıb.

Naviqasiya sisteminin səhv təlimatı sürücünü ziyana saldı - Video

Bakıda naviqasiya sisteminin səhv təlimatı sürücünü ziyana salıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, sistemin təlimatına uyğun olaraq yol kəsişməsindən sola dönən sürücü polis tərəfindən saxlanılaraq cərimə edilib.

Hadisə paytaxt sakini Anar Tağıyevin başına gəlib. Onun sözlərinə görə, 3 ilə yaxındır ki, telefonuna yüklədiyi həmin naviqasiya proqramından istifadə edir.

Məlum olub ki, Rəşid Behbudov küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində "giriş qadağandır" nişanı var və yol yalnız birtərəflidir. Sürücü polis tərəfindən bu qayda pozuntusua görə saxlanılaraq 60 manat məbləğində cərimə edilib.

İndi sürücü həmin qaydaları sırf naviqasiyanın tələbi ilə bilməyərəkdən pozduğunu və cərimənin silinməsini istəyir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, naviqasiya sistemlərinin təşkilini, tətbiqini və istifadəsi münasibətlərini tənzimləyən heç bir qanunvericilik yoxdur. Buna görə də yol hərəkətini təşkil edən qurumların naviqasiya sistemləri ilə birbaşa bağlılığı və öhdəliyi yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə bildirir ki, naviqasiya sistemlərinin qurucuları mütləq yollarda edilən hərəkət dəyşikliklərini vaxtında sistemlərinə əlavə etməlidirlər. Bu sistemlərin səhv təlimatları ilə qaydaları pozan sürücülərin cərimələri silinə bilməz.