Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Gömrükdə ov bıçağı müsadirə edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Gəncə-Moskva aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda ov bıçağına oxşar əşyanın təsviri görünüb. Təkrar yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıcağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.