"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini davam etdirir. Bu dəfə şirkət universitetin ən yaxşı tələbələrini mükafatlandırıb. "Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini davam etdirir. Bu dəfə şirkət universitetin ən yaxşı tələbələrini mükafatlandırıb.

“Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini davam etdirir. Bu dəfə şirkət universitetin ən yaxşı tələbələrini mükafatlandırıb.

AzNews.az xəbər verir ki, Universitet ötən semestrdə Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrinin adlarını artıq elan edib. Tədris semestrinin ən yaxşı 3 tələbəsi – Nuranə Vaqif qızı Gülhəsənli, Tarverdi İmran oğluTağıyev və Könül Cavanşir qızı Əhmədova müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla “Nar” tərəfindən xüsusi hədiyyələrə layiq görülüblər. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. “Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 mln.dan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.