Bilik Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Universitetdə “Xocalı soyqrımı haqqında həqiqətlər hüquqi müstəvidə” mövzusunda tədbir keçirilib. Bilik Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Universitetdə “Xocalı soyqrımı haqqında həqiqətlər hüquqi müstəvidə” mövzusunda tədbir keçirilib.

Bilik Fondu Xocalı faciəsi qurbanlarını yad edib

Bilik Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Universitetdə “Xocalı soyqrımı haqqında həqiqətlər hüquqi müstəvidə” mövzusunda tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor Mustafa Babanlı, Xocalı faciəsinin baş vermə səbəbləri barədə fikirlərini bölüşüb, bu soyqrımın Böyük Ermənistan xülyasında olan ermənilərin türk-müsəlman xalqlarına qarşı nifrətinin tərkib hissəsi olduğunu tarixi faktlarla əsaslandırıb.

Tədbirdə “Xocalı soyqrımı hüquqi-siyasi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Xocalı soyqrımının dünyaya tanıtdırılmasının Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu dinləyicilərə çatdırıb, bu istiqamətdə ölkə Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördüyü işlərdən və əldə edilmiş nəticələrdən söhbət açıb.

Həmin gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində də Xocalı faciəsi qurbanlarının anım tədbiri keçirilib. Tədbirdə Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər. Zaqatala, Şirvan, Mingəçevir, Şəki, Göyçay, Qazax rayonlarından olan gənclər tədbirə onlayn formada qatılıblar.

Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova ermənilərin azərbaycanlılara qarşı tarix boyu qətliam törətdiyini xatırladaraq, Xocalı soyqırımının insanlıq tarixində qanlı səhifə olduğunu söyləyib. Xalqımızın yaxın tarixində baş verən qanlı hadisələrin yalnız müəyyən günlərdə deyil, hər zaman xatırlanmasının və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb.

Videokonfransda Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəfli “Xocalı faciəsinə aparan yol” mövzusunda mühazirə deyib. Alim Xocalı faciəsinə aparan hadisələr və faktlar barədə danışaraq, soyqırıma səbəb olan siyasi-tarixi mühit haqqında, əsrlər boyu xalqımıza qarşı yürüdülən müstəmləkəçilik siyasəti barədə ətraflı məlumat verib. G.Nəcəfli deyib ki, məhz Ulu Öndər Heydər Əliyevin əməyi nəticəsində Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.

Növbəti tədbir Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində gerçəkləşib. 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü, Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş tədbiri Kollecin direktoru Oruc Məmmədov giriş sözü ilə açaraq, xalqımızın yaşadığı tarixi faciələrin siyasi səbəblərindən söz açıb.

Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun soyqırımlarla bağlı hazırladığı silsilə tədbirlər barədə məlumat verib.

Daha sonra Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev “Müasir Azərbaycan gəncliyi və soyqırım həqiqətləri” mövzusunda mühazirə ilə çıxış edib. Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən videoçarx və kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

Həmin gün “Xocalı soyqırımı beynəlxalq müstəvidə” mövzusunda tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.

Tələbələrin əl işlərindən ibarət sərgi ilə tanışlıqdan sonra soyqırımı əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Fondun baş məsləhətçisi Almaz Axundova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli, həmin universitetin Tədris işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva çıxış edərək, Azərbaycan həqiqətlərinin, xüsusən xalqın yaşadığı soyqırım dəhşətlərinin beynəlxalq aləmə daha ətraflı şəkildə çatırılmasının yolları barədə maraqlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər.

Şamaxı Regional Kollecində keçirilən tədbiri giriş sözü ilə Fondun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova açıb. Yazıçılar Birliyinin üzvü, "Qırğın" kitabının müəllifi, "Akademikkitab" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Əliağa Cəfərov "Xocalı qırğını: səbəblər, nəticələr", Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla "1918-cı ildə ermənilərin Şamaxıda törətdikləri qətliamlar" mövzularında mühazirələr söyləyiblər.

Mühazirəçilər ermənilərin insanlıq əleyhinə yönəlmiş terrorçu əməllərinin bütün dünya üçün təhlükə olduğunu faktlarla diqqətə çatdırıblar.