Bəlkə də hələ harada olduqlarını tam anlamırlar. Amma bu kiçik yaşlarında valideyn nəvazişindən uzaq qalıblar. Bəlkə də hələ harada olduqlarını tam anlamırlar. Amma bu kiçik yaşlarında valideyn nəvazişindən uzaq qalıblar.

Bakıda sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video

Bəlkə də hələ harada olduqlarını tam anlamırlar. Amma bu kiçik yaşlarında valideyn nəvazişindən uzaq qalıblar.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, söhbət 2 ay əvvəl Bakıdakı sığınacaqlardan birinə gətirilən Aytac və Yağmur bacılarından gedir. Sığınacağın sosial işçisi Şəhla Hüseynova deyir ki, 3 və 6 yaşlı bu uşaqlar ötən il dekabrın 29-da Sabirabadın Minbaşı kənd sakinləri tərəfindən gətirilib. Yanvar ayında isə uşaqların anası tapılıb. Lakin həmin gündən sonra qadın sığınacağa gəlməyib. Telefonuna da zəng çatmır.

Söhbət zamanı qadın özünü şübhəli aparıb. Anası təqdim etdiyi şəxsiyyət vəsiqələrində uşaqların ikisinin də ata adı eyni olub. Yazdığı müraciət ərizəsində isə başqa ad göstərib.

Hazırda sənədləşmə işi aparılır. Proses yekunlaşdıqdan sonra azyaşlılar uşaq evinə veriləcək.