Fevralın 24-də Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “VAZ 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış bir baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub. Fevralın 24-də Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “VAZ 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış bir baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub.

Üfunət iyi verən at əti aşkarlandı - Foto

Fevralın 24-də Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “VAZ 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış bir baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzNews.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları avtomobilin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunət iyi verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

At cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

image description image description