Bakı şəhərində itkin düşənlərin sayı artıb. Bakı şəhərində itkin düşənlərin sayı artıb.

Bakıda itkin düşənlər var

Bakı şəhərində itkin düşənlərin sayı artıb.

“Ölkə.Az”a verilən məlumata görə, Xətai rayonunda 78 yaşlı kişi itkin düşüb. Ailə üzvlərinin polisə verdiyi məlumata görə, 1940-cı il təvəllüdlü Əliyev Səfərəli Qulaməli oğlu yaşadığı Sarayevo küçəsində evdən çıxaraq geri qayıtmayıb.

Digər itkin düşmə faktı isə Nərimanov rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Mahmudova Quba Elxan qızı yaşadığı Y.V.Çəmənzəminli küçəsindəki mənzildən çıxaraq geri qayıtmayıb.

Suraxanı rayonunda da polisə itkin düşmə ilə bağlı müraciət olunub. Əmircan qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Hüseynova Elvira Sənalı qızı evdən çıxaraq geri qayıtmayıb. Hər 3 faktla bağlı aidiyyatlı polis bölmələrində axtarışlara başlanılıb.

AzNews.az