Azərbaycan əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanması məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq. Azərbaycan əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanması məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Banklar bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanması məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

AzNews.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, məlumata görə, bayram günləri ərzində Azərbaycana əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.