Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib. Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Qadın taciri Nətavan Dubaydan gətirildi - Təfərrüat

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyatı nəticəsində 1976-cı il təvəllüdlü Şəmkir şəhər sakini Nətavan Bayramova saxlanılıb.

Məlum olub ki, Nətavan Bayramova 2012-16-cı illərdə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb və orada kişi müştərilərlə görüşdürüb.

Azərbaycana qayıdan qadınlar Nətavan Bayramovanın əməllərindən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat veriblər.

Onun barəsində cinayət işi başlanıb. Lakin Azərbaycan ərazisində olmadığı üçün həbs edilməsi mümkün olmayıb. 2017-ci ildə Nətavan Bayramovanın barəsində həbs qətimkan tədbiri seçilib və istintaqdan yayındığı üçün axtarış elan edilib.

Qadının ölkə ərazisində olmadığı müəyyən edilib və bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddələri ilə 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarış elan olunub.

Nətavan Bayramova bu günlərdə Dubay şəhərində həbs edilib və Azərbaycana gətirilib.

Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu il iki qadının barəsində axtarış elan edib. Onlardan biri Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovadır. Onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib.

Günay Axundovanın barəsində həbs qətimkan tədbiri seçilib.

İdarə tərəfindən axtarışa verilən digər qadın Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Samirə İbrahimovadır. Onun da barəsində həbs qətimkan tədbiri seçilib və insan alveri ittihamı üzrə istintaqdan yayındığı üçün axtarış elan edilib.

Xatırladaq ki, idarə 2017-ci ildə 5 nəfərin barəsində axtarış elan edib. Bunlar Sumqayıt şəhər sakini Məlahət Bəşirova, Bakı şəhər sakini Elçin Heydərov, Şəmkir rayon sakini Natavan Bayramova, Gəncə şəhər sakini Sədaqət Əliyeva, Xaçmaz rayon sakini Züleyxa Həsənovadır.

2016-cı ildə insan alveri ilə məşğul olan 2 qadının, 2015-ci ildə 3 qadının, 1 kişinin, 2014-cü ildə isə 4 qadının barəsində axtarış elan edilib.

AzNews.az