Xətai rayonu Nobel prospektində xüsusilə Nargilə dairəsi kimi tanına ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olacaq. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə ilə bağlı yenilik edilir. Xətai rayonu Nobel prospektində xüsusilə Nargilə dairəsi kimi tanına ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olacaq. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə ilə bağlı yenilik edilir.

Nobel prospektində hərəkət dəyişir - Video

Xətai rayonu Nobel prospektində xüsusilə Nargilə dairəsi kimi tanına ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olacaq. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə ilə bağlı yenilik edilir.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, həmin dairədəki yollardan biri sürücülərə həm ukrayna dairəsinə, həm də şəhərin mərkəzinə geriyə dönməni əmr edir. Amma hərəkətin intensiv olduğu saatlarda əksər sürücülər geriyədönmə işarəsinin tələblərini pozduğuna görə böyük sıxlıq yaranır.

Sürücülər geriyədönmənin Nargilə dairəsində ləğv edilməsinin tərəfdarıdırlar.

Avtomobil yolları dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə Nargilə dairəsindəki geriyedönmə yaxın günlərdə müvəqqəti olaraq ləğv ediləcək. Məqsəd piyada keçidi yaxınlığındakı yeni geriyədönmənin effektiv olub olmamasını yoxlamaqdır. Əgər dəyişikliyin faydası olmasa həmin ərazidə tıxacı azaltmaq üçün başqa həll yolları düşünüləcək.